• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Prezident seçkilərində MDB missiyasına kimin rəhbərlik edəcəyi məlum oldu

CƏMİYYƏT

03 Yanvar 2024 | 14:13

Prezident seçkilərində MDB missiyasına kimin rəhbərlik edəcəyi məlum oldu

Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində MDB-dən olan müşahidəçilər missiyasına MDB-nin baş katibi Sergey Lebedev rəhbərlik edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə MDB-nin İcraiyyə Komitəsi məlumat yayıb.

    Bildirilib ki, Lebedevin namizədliyi MDB-yə üzv dövlətlərin Birliyin nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının qərarı ilə razılaşdırılıb.

    Qeyd olunub ki, MDB müşahidəçilər missiyası Azərbaycan Respublikası Hökumətinin dəvəti ilə seçki kampaniyasını izləyəcək.

    "MDB İcraiyyə Komitəsi Birlik ölkələrinə öz nümayəndələrinin müşahidə missiyasının tərkibinə namizədliyini irəli sürmək xahişi ilə dəvət göndərib. Əvvəlki kampaniyalarda olduğu kimi, Missiyanın işi siyasi neytrallıq, seçki prosesinə və dövlətin daxili işlərinə qarışmamaq prinsiplərinə əsaslanaraq, ciddi şəkildə milli qanunvericiliyə uyğun olaraq həyata keçiriləcək", - deyə məlumatda bildirilib./APA


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    29 Noyabr 2026
    28 Noyabr 2026