• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Uzun müddət qulaqlıqdan istifadə karlığa səbəb olur

CƏMİYYƏT

02 Fevral 2024 | 13:15

Uzun müddət qulaqlıqdan istifadə karlığa səbəb olur

Texnologiyadan istifadənin intensivləşməsi ilə əlaqədar əyləncə məqsədləri üçün qulaqlıqlardan istifadənin artması bir çox qulaq problemlərə, o cümlədən daimi eşitmə itkisinə səbəb olur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə qulaq-burun-boğaz-baş-boyun cərrahiyyəsi mütəxəssisi Dr. Remzi Tınazlı bildirib.

Həkim araşdırmalara istinadla gündə orta hesabla 80 dəqiqə və daha çox qulaqlıqdan istifadə edən yeniyetmələrdə eşitmə itkisi riskinin yüzdə 22,3 təşkil etdiyini qeyd edib. Bundan əlavə, o, gündə 80 dəqiqədən çox qulaqlıqdan istifadə edən yeniyetmələrin eşitmə itkisi riskinin gündə 80 dəqiqədən az qulaqcıqdan istifadə edənlərə nisbətən 4,7 dəfə yüksək olduğu barədə xəbərdarlıq edib.

R.Tınazlı qeyd edib ki, əvvəllər eşitmə problemi yalnız yaşlılarda görünsə də, indi gənclər arasında yayılmağa başlayıb: “Qulaqlıqlardan düzgün şəkildə istifadə edilməməsi daimi eşitmə itkisinə səbəb ola bilər. Ona görə də istifadə etdiyimiz qulaqlıqların həcmi və istifadə etdiyimiz vaxt çox önəmlidir”.

Onun sözlərinə görə, insan qulağı 85 desibel səs səviyyəsinə 8 saata qədər tab gətirə bilər. Eşitmə itkisi də bu səviyyədən sonra yaranır: "Hər dəfə zədələnən daxili qulaq bir müddət sonra özünü bərpa edə bilmir və nəticədə daimi eşitmə itkisi yaranır”.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR