• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən balıqçılar xilas edilib

CƏMİYYƏT

03 Yanvar 2024 | 13:32

Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən balıqçılar xilas edilib

Dekabr ayının 26-da saat 15:40-da Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Cənub regional şöbəsinin Kələdəhnə sahil nəzarəti bölməsinə 2 nəfər heyət üzvü olan “KƏ-245”bort nömrəli plastmas tipli qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Xidmətdən Bakıvaxtı.az-a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında qayığın və heyət üzvlərinin xilas edilməsi məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan “Tufan” tipli sərhəd gəmisi qeyd olunan istiqamətə göndərilib.

    Keçirilmiş axtarış tədbirləri nəticəsində saat 17:30-da dənizdə köməksiz vəziyyətdə qalmış balıqçı qayığında Astara rayon Şahağacı kənd sakinləri 1974-cü il təvəllüdlü Rəhmanov Ramiz Əliağa oğlu və 1982-ci il təvəllüdlü Hümmətov Zərif Əhəd oğlu sərhədçilər tərəfindən xilas edilərək sahilə çıxarılıb.


    Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşən balıqçılar xilas edilibXəzər dənizində batmaq təhlükəsi ilə üzləşən balıqçılar xilas edilibXəzər dənizində batmaq təhlükəsi ilə üzləşən balıqçılar xilas edilibXəzər dənizində batmaq təhlükəsi ilə üzləşən balıqçılar xilas edilib
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR