2020-ci ildə dünyada təqribən, 13,4 milyon körpə vaxtından əvvəl doğulub.
Bakıvaxtı.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin Uşaq Fondu (UNICEF), London Gigiyena və Tropik Tibb Məktəbinin müəllifləri tərəfindən vaxtından əvvəl doğuşlarla bağlı araşdırma dərc olunub.
Hesabatda deyilir: "2020-ci ildə 13,4 milyon körpə vaxtından əvvəl (hamiləliyin 37-ci həftəsindən əvvəl) doğulub. Bu da bütün doğuşların, təxminən, 10-dan 1-ni təşkil edir”.
Qeyd olunub ki, vaxtından əvvəl doğuşlar uşaq ölümlərinin sayı artır. Uşaqların sağ qalma nisbətini artırmaq üçün vaxtından əvvəl doğulan körpələrə qayğının gücləndirilməsinə təcili ehtiyac olduğu qeyd edilib.
Bildirilib ki, vaxtından əvvəl doğulanların yetkin yaşda ağır xəstəliklərə, əlilliyə, inkişafda geriləmələrə, həmçinin şəkərli diabet və ürək çatışmazlığı kimi xroniki xəstəliklərə tutulma ehtimalı yüksəkdir: "Son on ildə dünyanın heç bir regionunda vaxtından əvvəl doğuşların sayında ciddi azalma müşahidə olunmayıb. 2010-2020-ci illər arasında erkən doğuşların qlobal azalması cəmi 0,14% olub".
Ay Tac















