“Dövlət qulluğuna qəbul prosesində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə bəzi şərtlər dəyişməlidir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirərkən deputat Etibar Əliyev bildirib.
O qeyd edib ki, “Dünyagörüş” və “davranış” üzrə mütəxəssis olmayan şəxslər müsabiqə iştirakçılarını qiymətləndirməməlidir: “Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər müsahibə mərhələsində çətinliklər üzləşirlər. Belə ki, psixoloq olmayanlar onların davranışı, fəlsəfə sahəsində təhsil almayan şəxslər dünya görüşünü qiymətləndirirlər”.
Ramid İbrahimov


_46jpg-1696582245.jpg)













