Mənzil-tikinti kooperativlərinə (MTK-lar) edilən ödənişlərin forması dəyişməlidir.
Bakıavxtı.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Emin Hacıyev “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Mədəniyyət haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirərkən deyib.
“Azərbaycanda çoxmənzilli binaların saxlanması və xidmətlər üçün ödəniş tələb edilir. MTK-ların bina sakinlərindən xidmət haqqını nağdsız formada alması üçün qanuna dəyişiklik edilməlidir”, - deyə E.Hacıyev bildirib.
Ramid İbrahimov
















