• Bakı 20° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.0391

Babək rayonunda elektrik enerjisinin verilişində fasilə olacaq

CƏMİYYƏT

16 Sentyabr 2025 | 11:27

Babək rayonunda elektrik enerjisinin verilişində fasilə olacaq

Naxçıvan Muxtar Respublikası (MR) Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq.

Bakıvaxtı.az xəbər verir ki, sentyabrın 16-da Babək rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyətlər tətbiq ediləcək.

"Azərişıq" ASC-nin Naxçıvan RETSİ tərəfindən 2025-2026-cı illər payız-qış mövsümünə hazırlıq məqsədilə təsdiqlənmiş tədbirlər planına uyğun olaraq təmir-bərpa işləri aparılacaq.

Nehrəm qəsəbəsində yerləşən 35/10 kV-luq "Nehrəm" yarımstansiyasını qidalandıran 35 kV-luq "Nehrəm" hava elektrik verilişi xətti təmir olunduğundan 10 kV-luq "Nehrəm-1", "Nehrəm-2", "Nehrəm-3" və "Nehrəm-4" hava xətlərində gərginlik olmayacaq. 

Bu səbəbdən saat 13:00-dan 14:00-dək Nehrəm qəsəbəsi, həmçinin Güznüt və Çeşməbasar kəndlərinin elektrik təchizatında fasilə yaranacaq.


SON XƏBƏRLƏR

15 Sentyabr 2025