• Bakı 23° C

    2.67 m/s

Bağlı qapı arxasında qalan 11 yaşlı uşaq xilas edildi - VİDEO

HADİSƏ

23 Avqust 2024 | 11:28

Bağlı qapı arxasında qalan 11 yaşlı uşaq xilas edildi - VİDEO

Bakı şəhəri, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində bir nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalmış 2013-cü il təvəllüdlü uşağı xilas ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Oktyabr 2026