• Bakı 11° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Bakı metrosundan istifadə edənlərin sayı artıb

CƏMİYYƏT

18 Noyabr 2024 | 16:45

Bakı metrosundan istifadə edənlərin sayı artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda metro nəqliyyatı (Bakı metropoliteni – red.) ilə 188 937,3 min sərnişin daşınıb, bu da illik müqayisədə 6,2% çoxdur.

Dövlət Statistika Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, ötən ilin müvafiq dövründə qeyd olunan göstərici 177 975,2 min nəfər təşkil edib.

    Xatırladaq ki, Bakıda metropolitendə xətlərin uzunluğu 40,7 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 27-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.


    SON XƏBƏRLƏR

    18 Aprel 2025