"Uşaqlarda ağrıların səbəbi çoxdur, əksəriyyəti isə revmatizma ağrıları olur".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun (ETTOİ) Baş həkimi Nizami Məmmədov qurumun təşkil etdiyi canlı yayım zamanı deyib.
Həkim qeyd edib ki, uşaqlarda olan oynaq ağrılarını bəzən valideynlər səhv sala bilir:
"Uşaqların boy artımı zamanı oynaqlarında ağrılar olur, əgər ağrı keçməsə, mütləq həkimə müraciət etmək lazımdır".
Nuriyyə Musayeva