• Bakı 23° C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Bakı-Moskva təyyarəsində texniki problem aradan qaldırılıb - YENİLƏNİB

CƏMİYYƏT

14 Avqust 2022 | 10:27

Bakı-Moskva təyyarəsində texniki problem aradan qaldırılıb - YENİLƏNİB

Ekipaj üzvləri və mühəndis-texniki heyəti tərəfindən təyyarəyə baxış keçirildikdən sonra səbəb müəyyən edilib - sensorların nasazlığını düzgün əks etdirməyən xəbərdarlıq siqnalı. Hava gəmisinin tam saz vəziyyətində və uçuşa hazır olması qərarı qəbul edilib.

Bu barədə Bakıvaxtı.az-a "Azərbaycan Hava Yolları" QSC-dən bildirilib.

Reysin sərnişinləri Bakıdan Moskvaya eyni təyyarə ilə yola düşəcəklər.

AZAL-ın uçuş heyətinin hərəkətləri aviaşirkətin ən mühüm vəzifəsi olan sərnişinlərin tam təhlükəsizliyinin təmin edilməsi ilə əsaslanır.

***09:10

"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Təyyarə saat 08:08-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sərnişinlər digər təyyarə ilə Moskvaya yola düşəcəklər.


SON XƏBƏRLƏR

26 Aprel 2024