• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

"Zəfər bizimlədir" - DEPUTAT AÇIQLADI 

CƏMİYYƏT

13 Sentyabr 2022 | 09:40

"Zəfər bizimlədir" - DEPUTAT AÇIQLADI

“İkinci Qarabağ Savaşında məğlub olmuş Ermənistanda baş qaldıran revanşist meyillər əslində rəsmi İrəvanın özü üçün ziyanlıdır. Çünki Azərbaycan ordusu istənilən təxribata cavab vermək gücündədir və bunu hər zaman təsdiq edir”.

Bakıvaxtı.az xəbər verir ki, bunları deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, sonuncu Brüssel görüşündən sonra baş verənlər bir daha Ermənistanın sülh müqaviləsi bağlamaqdan yayınmağa çalışdığını və İrəvanda revanşist meyillərin daha da gücləndiyİni təsdiq edir: “Avqustun 31-də keçirilən üçtərəfli görüşdə razılaşdırılan məsələlər Qafqazda sülhün əldə edilməsinə ümidlər yaratmışdı. Məhz həmin danışıqlardan sonra Azərbaycan humanizm nümayiş etdirərək 5 erməni hərbiçisini qarşı tərəfə təhvil verdi. Bu Azərbaycanın regionda sülhün yaranmasında maraqlı olduğunu bir daha nümayiş etdirdi. Təəssüf ki, Azəbaycanın humanist və sülhsevər mövqeyinə baxmayaraq İrəvan yenidən təxribata əl atdı. Bununla da, Ermənistan sülhdə deyil, regionda vəziyyətin gərgin olmasında maraqlı olduğunu nümayiş etdirdi”.

V.Bayramov qeyd edib ki, sülh danışıqlarına rəğmən dünən Ermənistanın törətdiyi genişmiqyaslı təxribatlar vəziyyətin gərginləşməsinin əsas səbəbdir və Azərbaycan ordusu təxribatların qarşısını almaqda davam edərərək atəş nöqtələrini neytrallaşdırılır: “İkinci Qarabağ Savaşında məğlub olmuş Ermənistanda baş qaldıran revanşist meyillər əslində rəsmi İrəvanın özü üçün ziyanlıdır. Çünki Azərbaycan ordusu istənilən təxribata cavab vermək gücündədir və bunu hər zaman təsdiq edir. Allah hərbiçilərimizi qorusun. Zəfər bizimlədir. Qarabağ Azərbaycandır!”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026