• Bakı 23° C

    1.17 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Xroniki yorğunluğun 5 səbəbi

CƏMİYYƏT

13 Oktyabr 2022 | 07:11 | Müəllif: Qalib İbrahimoğlu

Xroniki yorğunluğun 5 səbəbi

Hazırda gənclərin əziyyət çəkdiyi xroniki yorğunluq sindromunun əsas səbəbləri açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, həkimlər bu sindroma əsas səbəbləri açıqlayıb.

Birincisi, çoxlarına adi görünən yuxuda xoruldama və buna bağlı apnoe beyində qısa müddətli oksigen aclığı yaradır. Gecə boyu bu epizodlar çox təkrarlanır.

İnsan dərin yuxu fazasına keçə bilmir, səhər ağır oyanır, yorğunluq hiss edir. Bu da gün boyu davam edir. Tək qalanlar ümumiyyətlə gecə xoruldadığını bilmir.

2. Siz gecə çay, qəhvə, energetik içki içirsiz.

3. Sizin orqanizminizdə bilmədiyiniz, gizli gedən proses, hansısa xəstəlik var ki, o bədəni yorur.

4. Sizin qalxanvari vəz hormonları pozulub

5. Siz ət az yeyirsiz, buna görə də zülal və qanazlığı var.

Bu halların hər biri gecə yuxusunu, istirahət şərtlərini pozur, bədəni yorur, normal funksiyalarını itirir.

Ona görə də 3 aydan artıq davam edən yorğunluq varsa, bu halları yoxlamalı və endokrinoloq, nevroloqa baş çəkməlisiz./medicina.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026