• Bakı 12° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Ağsuda kişiyə iynə vurdular, şoka düşüb öldü

CƏMİYYƏT

11 Noyabr 2022 | 18:31 | Müəllif: Subhan Mahmudov

Ağsuda kişiyə iynə vurdular, şoka düşüb öldü

Ağsu rayon sakini həkimin vurduğu iynədən sonra vəfat edib.

Bakıvaxtı.az Unikal-a istinadən xəbər verir ki, bu barədə onun qohumları məlumat verib.

Bildirilib ki, Rafiq Eminov bu gün səhər boğazında yaranan problemlə bağlı Ağsu rayon Mərkəzi Xəstəxanasına gedib. Həkimin vurduğu iynə onu şoka salıb, bundan sonra sözügedən şəxs dünyasını dəyişib.

Hazırda meyit müayinə olunur. Polis hadisə ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, qohumları mərhumun dünən sağlam vəziyyətdə nəvəsinin toyunda iştirak etdiyini bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR