• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Əli İnsanov Heydər Əliyevin məzarını ziyarət etdi

CƏMİYYƏT

11 Dekabr 2022 | 14:15 | Müəllif: Subhan Mahmudov

Əli İnsanov Heydər Əliyevin məzarını ziyarət etdi

Haqq-Ədalət partiyasının sədri, sabiq səhiyyə naziri Əli İnsanov mərhum prezident Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ə.İnsanov Feysbuk hesabında paylaşım edib:

“Azərbaycan Xalqının Lideri Heydər Əliyevin 12 dekabr Anım Günü münasibətilə Fəxri Xiyabanda məzarını ziyarət etdim, ruhuna dualar oxudum. Sonra unudulmaz xeyirxahımız, Akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi, fəxrimiz Əziz Əliyevin, əziz müəllimim, tibb elmləri doktoru, professor Tamerlan Əliyevin, vəfalı dostum, Akademik Cəlal Əliyevin və əziz müəllimim, Milli Elmlər Akademiyasının müxbir üzvü Aqil Əliyevin məzarlarını da ziyarət etdim.

Ruhları şad, məkanları cənnət olsun. Amin !”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR