• Bakı 9° C

    2.86 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

"Biabırçılıqdır" - Tanınmış həkimdən dərmanların bahalaşmasına ETİRAZ

CƏMİYYƏT

10 Yanvar 2023 | 12:37

"Biabırçılıqdır" - Tanınmış həkimdən dərmanların bahalaşmasına ETİRAZ

"Azərbaycanda dərmanlar onsuz da baha idi, bununla belə, qiymətlər yenə artdı".

Bunu Bakıvaxtı.az-a tanınmış həkim Rəşid Mahmudov ölkədə dərmanların qiymətinin qalxmasına münasibət bildirərkən deyib

Dərman bahalaşmasından narazı olduğunu deyən R.Mahmudov, indiki halda dərmanların bahalaşdırılmasını düzgün saymır: "Onsuz da hər şey bahadır. Məsələn, ətin qiyməti 12 manatdan 20 manata qalxıb. Maaşlar da artır, amma əmək haqqı artan kimi hər şey bahalaşır".

Rəşid Mahmudov hesab edir ki, əksinə dərmanların qiymətləri salınmalı idi: "Əvvəllər 20 manata olan dərman indi 75 manata satılır. Tarif Şurasının bu istiqamətdəki fəaliyyətini düzgün hesab etmirəm. Biabırçılıqdır. Qiymətlər kəskin azaldılmalıdır”.

Xatırladaq ki, Tarif Şurasının 28 dekabr 2022-ci il tarixində keçirilən iclasında müvafiq qərar qəbul edilib.

İclasda yeni dövlət qeydiyyatına alınan daha 149 dərman vasitəsinin qiyməti təsdiq edilmiş və etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyinin rəyi nəzərə alınmaqla 202 dərman vasitəsinin qiymətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nın 7.1-ci bəndinə və Azərbaycan Respublikası Tarif Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat”ın 4.1-ci bəndinə uyğun olaraq dəyişikliklər olunub.

Bununla da, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin sayı 13642 təşkil edir və onların tam siyahısı Tarif Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR