Bir neçə gündür ölkə ərazisində qarlı hava şəraiti müşahidə olunur. Belə havada, adətən yaşlı nəsil "viruslar ölür" deyə qarın həm də xəstəliklərin qarşısını aldığını söyləyirlər. Bəs əslində necədir? Qar virusu öldürürmü?
Terapevt Rasif Bağırov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, qar təbiətin çox gözəl bir hadisəsidir: “Azərbaycanda qar həddindən artıq az yağdığına görə, qayğısı olmayanlar pozitiv qəbul edir, olanlar isə əziyyət çəkir".

Rasif Bağırov: Qar yağmasından sağlamlıq istiqamətində nəsə gözləmək olmaz"
Onun sözlərinə görə, bizdə temperatur o dərəcə aşağı düşmür ki, hansısa infeksiyanı öldürsün.
“Misal üçün, götürək soyuducunu, hardasa -18 dərəcəyə qədər soyuqdur. Bu, "mikrobu öldürür" mənasına gəlmir, sadəcə mikrobun fəaliyyətini dayandırır" deyən R.Bağırov hesab edir ki, qar yağmasından sağlamlıq istiqamətində nəsə gözləmək olmaz.
Daxili xəstəliklər uzamanı Həbib Sahratov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, qarın yağması heç bir xəstəliyə yaxşı təsir göstərmir. Dediyinə görə, soyuq, qarlı havalarda soyuqdəymə xəstəlikləri daha çox yayılır.

Həbib Sahratov: "Qarlı hava heç bir xəstəliyin yayılmasının da qarşısını almır"
"Düzdür, insanlar arasında belə bir fikir var ki, qar yağanda infeksiya xəstəlikləri azalır, amma elmi əsaslandırılmış bir şey deyil. Qarlı havalar heç bir xəstəliyin müalicəsinə yüksək təsir göstərmir, həmçinin yayılmasının da qarşısını almır. Əksinə qarlı havalarda infeksiya xəstəlikləri artmış olur”, - deyə Həbib Sahratov vurğulayıb.
Aytac Aslan












jpeg-1675930381.webp)

jpg-1675928131.webp)

