• Bakı 21° C

    1.03 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

"Apple" qadceti uçuşlarda qadağan edilib?

CƏMİYYƏT

13 Oktyabr 2022 | 06:40 | Müəllif: Qalib İbrahimoğlu

"Apple" qadceti uçuşlarda qadağan edilib?

Almaniyanın Lufthansa aviaşirkəti baqajın yerini izləməyə imkan verən məşhur Apple qadceti olan AirTag-a qadağa qoyduğunu inkar edir.

Bakıvaxtı.az-ın məlumatına görə, şirkət iddia edir ki, Lufthansa-nın rəsmi hesabından “təhlükəli yük” haqqında yazılan tvitlər cihaza qadağa qoyulmasını nəzərdə tutmur.

"Lufthansa öz uçuşlarında AirTag-lərdən istifadəni qadağan etməyib. Bu cür cihazlarla bağlı hazırda ICAO-nun tənzimləməsi var, lakin bunun Lufthansa və ya hər hansı digər daşıyıcı ilə heç bir əlaqəsi yoxdur", - aviaşirkətin sözçüsü bildirib.

ICAO qaydalarına əsasən, baqajda olan elektron cihazlara dair tələblər yalnız smartfon və planşet kimi litium-ion batareyaları olan cihazlara şamil edilir (aviatravel.az). AirTag, saat kimi kiçik CR2032 batareyasından istifadə edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026