• Bakı C

    9.32 m/s

  • USD - 1.7

    EUR - 1.9706

    RUB - 2.192

Bakı-Riqa dialoqu genişlənir: Siyasi və iqtisadi əməkdaşlıq yeni mərhələdə

SİYASƏT

04 Mart 2026 | 13:59

Bakı-Riqa dialoqu genişlənir: Siyasi və iqtisadi əməkdaşlıq yeni mərhələdə

Ötən gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Latviya Respublikasının xarici işlər naziri Baiba Braje arasında telefon danışığı baş tutub. 

Bakıvaxtı.az xatırladır ki, nazirlər arasında Yaxın Şərqdə mövcud hərbi eskalasiya və artan gərginlik müzakirə olunub. Vəziyyətin daha da kəskinləşməsinin geniş coğrafiyada təhlükəsizlik üçün risklər yaratdığı qeyd edilib. Münaqişələrin diplomatik vasitələrlə həllinin və dialoqun vacibliyi vurğulanıb.

Telefon danışığı zamanı, Azərbaycan-Latviya ikitərəfli münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycan-Latviya əlaqələrinin genişlənməsi, ölkənin Avropa platformalarına çıxışında hansı rol oynaya bilər?

Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tural İrfan bildirib ki, Azərbaycanın Latviya ilə münasibətlərinin inkişafı hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edir.

Politoloqun sözlərinə görə, ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı, həmçinin regional təhlükəsizlik məsələləri hər iki dövlət üçün mühüm mövzudur:

Tural İrfan: Avropa ilə davam edən münasibətlərin inkişafı üçün Latviya ilə əlaqələrin də önəmi var

"Azərbaycan - Latviya əlaqələrinin genişlənməsi Azərbaycanın Avropa platformasına çıxışında diplomatik rol oynaya bilər. İqtisadi və siyasi əməkdaşlıq regional məsələlər ilə yanaşı beynəlxalq məsələlərdə də mühüm əhəmiyyət kəsb edir".

Müsahibimiz bildirir ki, Avropa ilə davam edən münasibətlərin inkişafı üçün Latviya ilə əlaqələrin də önəmi var. Azərbaycanın hərətləfli, balanslı xarici siyasəti Avropa ilə əməkdaşlığın davamiyyətini artırır, eyni zamanda Latviya kimi ölkələrlə də müvafiq istiqamətlərdə yeni perspektivlər yaradır.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR