• Bakı 16° C

    13.45 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0971

Bakıda 14 yaşlı autizm xəstəsi faciəvi şəkildə öldü

HADİSƏ

11 Sentyabr 2024 | 20:31

Bakıda 14 yaşlı autizm xəstəsi faciəvi şəkildə öldü

Bakıda xəstə uşaq binadan yıxılaraq ölüb.

Bakıvaxtı.az bildirir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib. 

2010-cu il təvəllüdlü S.Baxşəliyev 17-ci mərtəbədən yıxılıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. 

S.Baxşəliyev autizmdən əziyyət çəkirmiş. Onun evdə tək olduğu, huşsuz vəziyyətdə yıxıldığı bildirilir. 

Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır./lent.az


SON XƏBƏRLƏR