Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Bakıvcaxtı.az-a verilən məlumata görə, oktyabrın 11-i rayonun Xudat qəsəbəsi ərazisində "VAZ-21011" və “VAZ-21099” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.APA
***
17:00
Gəndob-Yalama yolunun Xudat şəhərindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, qəza zamanı “Vaz-21011” markalı avtomobil “Vaz-21099” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Nəticədə şəxsiyyəti hələ müəyyən edilməyən iki nəfər ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
















