Gəncə şəhərində yerləşən parkların birinin yaxınlığında avtomobillər toqquşub, bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Bakıvaxtı.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1967-ci il təvəllüdlü Kəbirə Əliyeva və onun həyat yoldaşı, 1962-ci il təvəllüdlü Fəxrəddin Əliyev və digər avtomobildə olan 2001-ci il təvəllüdlü Sənan İsgəndərov xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, K.Əliyevanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.









jpg-1733724766.webp)
jpg-1733722933.webp)


jpg-1733721897.webp)


