• Bakı 17° C

    5.8 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Bakıda 2 min manatlıq qol saatı oğurlandı - Qadın saxlanıldı

HADİSƏ

07 Noyabr 2025 | 15:31

Bakıda 2 min manatlıq qol saatı oğurlandı - Qadın saxlanıldı

Bakının Nərimanov rayonu ərazisində bir nəfər polisə müraciət edərək 2200 manat dəyərində qol saatının oğurlandığını bildirib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı A.Xəlilova müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Yasamal rayonunda bir nəfərin bank kartından 1100 manatını oğurlamaqda şübhəli bilinən 31 yaşlı L.Həsənova da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.
 


SON XƏBƏRLƏR