• Bakı 23° C

    5.75 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Bakıda azyaşlı bacılara iki il əvvəl təcavüz ediblər 

CƏMİYYƏT

08 Aprel 2021 | 12:31

Bakıda azyaşlı bacılara iki il əvvəl təcavüz ediblər

Bakıda iki azyaşlı bacının iki il öncə zorlandığı məlum olub.

Bakıvaxtı.az-ın məlumatına görə, 2019-cu ildə Xəzər rayonunda baş verən hadisənin üstü 2021-ci ildə açılıb.

Məlumata görə, 2019-cu ilin iyun ayında 45 yaşlı Ş.Quliyev və 29 yaşlı R.Məmmədov 2006 və 2007-ci il təvəllüdlü iki bacını zorlayıb.

Qızların anası hadisədən iki il ötəndən sonra hüquq-mühafizə orqanlarına müraciət edib.

Fakt araşdırılıb və hadisə ilə bağlı Cinayət Məcəlləsinin 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi açılıb.

Xəzər rayon sakinləri olan Ş.Quliyev və R.Məmmədov tutulub.

Qeyd edək ki, zorlanan yeniyetmələrin valideynləri bir neçə il əvvəl boşanıb.(report)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR