• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Füzuli-Əhmədbəyli yolunun 8 kilometri minalardan təmizlənib - ANAMA

CƏMİYYƏT

08 May 2021 | 11:47

Füzuli-Əhmədbəyli yolunun 8 kilometri minalardan təmizlənib - ANAMA

Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilən Füzuli rayonunun Əhmədbəyli və Alıxanlı kəndlərinin ərazilərinin minalardan təmizlənməsi işlərini davam etdirir.

Bakıvaxtı.az-ın məlumatına görə, ərazidə jurnalistlərə açıqlama verən ANAMA əməkdaşı Mədət Məmmədov bildirib ki, təmizləmə işləri əsasən Füzuli-Əhmədbəyli yolunda həyata keçirilir:

"Hazırda yolun 13 kilometrlik hissəsi ən təhlükəli ərazidir. Artıq həmin hissənin 8 kilometrini təmizləmişik, 5 kilometrdə də təmizləmə işləri davam etdirilir. Hazırda ərazidə itlərlə, mexaniki vasitələr və əllə təmizləmə əməliyyatları həyata keçirilir.

Yolda minaların sayı çoxdur. Ən çox mina təmas xəttindədir. Təmas xəttinin 1.5 kilometrlik hissəsində təxminən 8-9 mina sahəsi yerləşir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026