• Bakı 26° C

    4.21 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

DGK xətti ilə büdcə daxilolmaları yanvar-mayda 2% azalıb 

CƏMİYYƏT

07 Iyun 2021 | 10:50

DGK xətti ilə büdcə daxilolmaları yanvar-mayda 2% azalıb

Bu ilin yanvar-may ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 662 021,4 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% azdır.

Bakıvaxtı.az-ın DGK-nın dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 13,7% artaraq 453 291,8 min manat təşkil edib.

ƏDV üzrə daxilolmalar isə 8% azalaraq 1 129 482,6 min manata bərabər olub.

Aksizlər üzrə cari ilin ilk beş ayında daxilolmalar 14% artaraq 62 147,5 min manat təşkil edib.

Yol vergisi üzrə daxilolmaların həcmi 17 099,5 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 8,8% çoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026