Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin beş şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstərib.
Bakıvaxtı.az xəbər verir ki, martın üçündə keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 146 nömrəli tam orta məktəbin şagirdi Fatimə Qasımova, 257 nömrəli tam orta məktəbin şagirdi Fidan Rüstəmli, 144 nömrəli tam orta məktəbin şagirdi Aydan Rzabəyli, 118 nömrəli tam orta məktəbin şagirdi Fatimə Məmmədli, 299 nömrəli məktəb-liseyin şagirdi Ağazadə Nərmin 300 bal toplayıblar.
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən yeddi yazılı cavab tələb edən açıq, beş kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən yeddi yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır.