• Bakı 13° C

    10.86 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0187

Bəraət alan Aydının artıq pul tələbinə - CAVAB

CƏMİYYƏT

02 May 2024 | 16:36

Bəraət alan Aydının artıq pul tələbinə - CAVAB

Xəbər verdiyimiz kimi, ömürlük məhkumluqdan bəraət alan Aydın Qəhrəmanova mənəvi ziyana görə 114 min manat təzminat kəsilmişdi.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Qəhrəmanov yerli məhkəmənin bu qərarı ilə razılaşmayıb. Bəraət almış şəxs hesab edir ki, ona mənəvi ziyana görə həddən artıq az təzminat pulu ayrılması ilə bərabər maddi ziyana görə tələbinin rədd edilməsi qəbuledilməzdir. Bu səbəbdən o, uzun illər davam edən məhkəmə çəkişmələrini davam etdirmək qərarına gəlib.

Məlumat üçün bildirək ki, A.Qəhrəmanov həbsdə keçirdiyi 9 ilə görə 1 milyon manat ödənilməsini tələb edirdi.

Maliyyə Nazirliyi və Baş Prokurorluğun cavabdeh qismində tanınmış iddiadan iddiaçının vəkili apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi elə ilk iclasda şikayəti dinləyib, qərar qəbul edib.

Yuxarı instansiya məhkəməsi yerli məhkəmənin qərarını qanunauyğun hesab edib. A.Qəhrəmanov isə bu dəfə də narazı qalıb. Onun bu qərardan da kassasiya şikayəti verəcəyi bildirilir.

Xatırladaq ki, Aydın Qəhrəmanov birlikdə yaşadığı qadını və onun qardaşı qızını öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmişdi. 9 il sonra - 2022-ci ilin sonunda Bakı Apellyasiya Məhkəməsi Qəhrəmanova bəraət vermişdi.


SON XƏBƏRLƏR

16 May 2024