• Bakı 18° C

    9.36 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bakıda bir İLK - Artıq bu küçədə

CƏMİYYƏT

28 Sentyabr 2022 | 15:44

Bakıda bir İLK - Artıq bu küçədə

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi paytaxtın Üzeyir Hacıbəyov küçəsində velosipedlərin parklanması üçün duracaqlar təşkil edib.

Bakıvaxtı.az  bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, bu addım qurumun hazırladığı "Bakıda velosiped nəqliyyatı" konseptual planına əsasən, velosiped yolu və infrastrukturun yaradılması istiqamətində tədbirlər çərivəsində atılıb. Eyni zamanda, Sahil bağı ətrafında velosiped yollarının qurulması işləri də davam etdirilir.

"Velosiped duracaqları şəhərin mobillik imkanlarının artırılması ilə yanaşı, velosipeddən istifadəni təşviq edən vasitələrdən biridir", - deyə agentlik bəyan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR