İmişli regional ədliyyə idarəsinin təşkilatçılığı, Beyləqan rayonu üzrə bələdiyyə sədrlərinin və üzvlərinin iştirakı ilə Beyləqan rayonu Gənclər Mərkəzində bələdiyyələrin maarifləndirilməsi istiqamətində növbəti seminar tədbiri keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, Regional idarənin böyük məsləhətçisi Ruslan İsmayılovun sözlərinə görə, bu tədbir bələdiyyə fəaliyyətinə daha yaxından köməklik göstərilməsi üçün təşkil edilib.
Öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli sərəncamı ilə 2022-ci il “Şuşa ili” elan edilməsi ilə bağlı məsələyə toxunulub. Sərəncamdan irəli gələrək bu məsələnin bələdiyyə iclaslarında müzakirə edilməsi və sakinlər arasında bununla bağlı tədbirlərin keçirməlisinin zəruriliyi bildirilib.
Həmçinin əvvəlki illərdə bələdiyyələr tərəfindən yol verilmiş nöqsan və çatışmazlıqlar, eləcə də vergilərin yığılmasının qeyri-qənaətbəxş olması, hesabatların vaxtlı-vaxtında verilməsi, bələdiyyə torpaqlarının qanunsuz istifadəsinə qarşı ciddi və əsaslı tədbirlərin görülməməsi bildirilib, eyni zamanda bələdiyyələrin qarşısına çıxan çətinliklər və anlaşılmazlıqlar barədə istənilən vaxt Regional idarəyə müraciət edə biləcəkləri bələdiyyə üzvlərinin nəzərinə çatdırılıb.
Daha sonra gündəlikdə duran seminar mövzularının (bələdiyyə üzv və qulluqçularında antikorrupsiya davranış modelinin formalaşdırılması, korrupsiya hüquq pozuntuları ilə bağlı qanunvericiliyin tələbləri və bu tələblərin pozulması zamanı tətbiq edilən məsuliyyət tədbirlərinin növləri; bələdiyyə fəaliyyəti barədə yerli əhalinin məlumatlandırılmasında kütləvi informasiya vasitələrindən, o cümlədən sosial şəbəkələrdən istifadə sahəsində görülmüş işlər və bu istiqamətdə fəaliyyətin genişləndirilməsinin əhəmiyyəti; bələdiyyə müəssisələrinin mənfəət vergisinin anlayışı və hesablanması qaydası; bələdiyyələrin inzibati aktın qəbul edilməsi ilə bağlı məlumat vermə vəzifəsi, inzibati aktın hüquqi qüvvəsi və nəticələri; maliyyə hesabatlarının tərtib olunması zamanı qanunvericiliyin, o cümlədən "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməsinin vacibliyi; dövlət əmlakının bələdiyyələrə verilməsi ilə bağlı qanunvericiliyin tələbləri; bələdiyyə üzv və qulluqçularının əmək münasibətlərində iştirakı, onların hüquq və vəzifələri; yerli özünüidarəetmədə beynəlxalq əməkdaşlıq, bu sahədə həyata keçirilən tədbirlər və xarici bələdiyyələrlə qarşılıqlı münasibətləringenişləndirilməsinin zəruruliyi) bu gün üçün aktual mövzular olduğu və hər bir bələdiyyə üzvünün həmin mövzularla bağlı müəyyən fikirlərə sahib olacağı qeyd olunub.
Seminar mövzuları bələdiyyə üzvüləri ilə müzakirələr formatında aparılmış və yaranmış suallar yerindəcə cavablandırılıb.
Sonda bələdiyyə işinin daha təkmil qurulması ilə bağlı bələdiyyə üzvlərinin təkliflərinin nəzərə alınacağı bildirilib.
İmişli Regional Ədliyyə İdarəsi



















