• Bakı 21° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Dağlarda qar yağacaq

CƏMİYYƏT

27 Noyabr 2022 | 08:41

Dağlarda qar yağacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, səhər bəzi yerlərdə duman olacaq.

Lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 14-16° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-17° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-8° isti olacaq.


SON XƏBƏRLƏR

19 Aprel 2024