• Bakı 19° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

İsmayıllıda at və eşşək ətinin satılması iddiasına DİN-dən AÇQILAMA

CƏMİYYƏT

27 Noyabr 2022 | 12:15

İsmayıllıda at və eşşək ətinin satılması iddiasına DİN-dən AÇQILAMA

İsmayıllı meşəsində at və eşşəklərin kütləvi şəkildə kəsilməsi ilə bağlı internetdə video yayılıb. Videonu çəkən şəxs bu kəsilən heyvanların ətinin İsmayıllı rayonu ərazisində əhaliyə satılmasını iddia edir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsinin və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının qanunsuz ət kəsiminə qarşı birgə keçirdikləri tədbirlər nəticəsində son aylarda rayon ərazisində 3 fakt aşkarlanıb. Həmin əməli törədən şəxslər məsuliyyətə cəlb olunub, hazırda polis şöbəsinin təhqiqat və istintaq bölməsində müvafiq araşdırmalar davam etdirilir.

Rayonda yararsız ətlərin satılması ilə bağlı iddialara və yayılan videoya gəlincə isə bununla bağlı keçirilən monitorinq zamanı qeyd olunan faktlar öz təsdiqini tapmayıb. 

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırmalar davam etdirilir.(unikal)


SON XƏBƏRLƏR

26 Aprel 2024