• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ailələrə qaytarılan uşaqların sayı açıqlandı

CƏMİYYƏT

27 Dekabr 2022 | 11:42 | Müəllif: Qalib İbrahimoğlu

Ailələrə qaytarılan uşaqların sayı açıqlandı

"Görülmüş reinteqrasiya tədbirləri nəticəsində ümumilikdə ötən dövrdə 240 uşaq ailəsinə qaytarılıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

V.Behbudov qeyd edib ki, onlardan 94 nəfəri qız, 146-sı oğlandır: "Bu uşaqlardan 109-u bu il reinteqrasiya edilənlərdir. 01.11.2022-ci il tarixindən 9 nəfəri oğlan, 9 nəfəri qız olmaqla 18 nəfər uşaq müəssisələrinə yerləşdirilib. Hazırda 640 nəfəri qız, 923 nəfəri oğlan olmaqla müəssisələrdə olan uşaq sayı 1563 nəfərdir. Övladlığa verilməsi mümkün olan uşaqların sayı isə 66-dır".

Onun spzlərinə görə, bu günə qədər övladlığa götürülmüş 1273 uşağın monitorinqi həyata keçirilib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR