• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Şuşadan bəhs edən kitab Özbəkistanda təqdim olundu - FOTO

CƏMİYYƏT

26 Yanvar 2023 | 10:45 | Müəllif: Qalib İbrahimoğlu

Şuşadan bəhs edən kitab Özbəkistanda təqdim olundu - FOTO

Özbəkistan Respublikasının Gənclər İşləri Agentliyində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi "Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına" layihəsi çərçivəsində çap olunmuş eyniadlı kitabın təqdimatı keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Özbəkistanın gənc oxucuları, media nümandələri, tələbələr iştirak ediblər.

Özbəkistan Respublikasının Gənclər İşləri Agentliyinin direktor müavini Dilnoza Kattaxanova Özbəkistan-Azərbaycan arasında bütün sahələrdə yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin olduğunu vurğulayıb. Bu tədbirin də qardaş xalqlar arasındakı ədəbi-mədəni əlaqələr baxımından yüksək əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.  

Tədbirin moderatoru, Agentlik direktorunun Dil məsələləri üzrə müşaviri Mehrinaz Abbasova Dünya Gənc Türk Yazarlar Birliyi ilə Özbəkistan gəncliyinin geniş əlaqədə, əməkdaşlıqda olduğunu deyib. Onun sözlərinə görə, Şuşa şəhərinə həsr olunmuş kitabın Özbəkistanda təqdimatı əlamətdar hadisədir.

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, layihə rəhbəri İntiqam Yaşar Özbəkistan Respublikası Gənclər İşləri Agentliyinə ev sahibliyi üçün təşəkkür edib.  O, Şuşa ilə bağlı həyata keçirilən layihə çərçivəsində çap olunmuş kitabda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası yazarlarının Şuşa ünvanlı, bir-birindən gözəl yazılarının yer aldığını bildirib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı Kərim Məmmədzadə bu kimi tədbirlərin qardaş ölkələr arasında ədəbi-mədəni əlaqələrin inkişaf etməsi baxımından önəmli yerə sahib olduğunu bildirib.

Özbəkistanın gənc yazarınlardan Şəhriyar Şövkət, Məhəmməd Siddiq, Zöhrab Ziya, Əlişir Səbri, Mansur Cumayev və basqaları çıxış ediblər, şeirlər səsləndiriblər.

Tədbirin yekununda layihə rəhbəri, şair-publisist İntiqam Yaşar oxuculara kitab imzalayıb, Özbəkistan kütləvi informasiya vasitələrinin suallarını cavablandırıb.


Şuşadan bəhs edən kitab Özbəkistanda təqdim olundu - FOTOŞuşadan bəhs edən kitab Özbəkistanda təqdim olundu - FOTOŞuşadan bəhs edən kitab Özbəkistanda təqdim olundu - FOTOŞuşadan bəhs edən kitab Özbəkistanda təqdim olundu - FOTOŞuşadan bəhs edən kitab Özbəkistanda təqdim olundu - FOTOŞuşadan bəhs edən kitab Özbəkistanda təqdim olundu - FOTOŞuşadan bəhs edən kitab Özbəkistanda təqdim olundu - FOTOŞuşadan bəhs edən kitab Özbəkistanda təqdim olundu - FOTOŞuşadan bəhs edən kitab Özbəkistanda təqdim olundu - FOTOŞuşadan bəhs edən kitab Özbəkistanda təqdim olundu - FOTOŞuşadan bəhs edən kitab Özbəkistanda təqdim olundu - FOTOŞuşadan bəhs edən kitab Özbəkistanda təqdim olundu - FOTOŞuşadan bəhs edən kitab Özbəkistanda təqdim olundu - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026