• Bakı 12° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Əhməd Əhmədovun barəsində qərar verildi

CƏMİYYƏT

26 Yanvar 2023 | 10:17

Əhməd Əhmədovun barəsində qərar verildi

Naxçıvanın sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun kassasiya şikayətinin müddətinin bərpası ilə bağlı müraciətinə baxılıb.

Bakıvaxtı.az xəbər verir ki, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, prosessual müddətin uzadılması ilə bağlı ərizə əsassız hesab olunaraq rədd olunub.

Qeyd edək ki, 17 il Naxçıvanın daxili işlər naziri olmuş Əhməd Əhmədov 2020-ci ildə vəzifəsindən azad edilib, həmin il Bakıda saxlanılaraq həbs edilib. Naxçıvan Muxtar Respublika Hərbi Məhkəməsinin hökmü ilə Əhməd Əhmədov xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026