"Bu il 20 minə yaxın şəxsə stasionar yarımstasionar və səyyar xidmət göstərilib".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Vətən müharibəsindən sonra 4300-dən çox müharibə əlili və şəhid ailəsi mənzil və fərdi evlərlə təmin olunub.
"Ümumilikdə isə 13 100 şəxsə mənzil verilib", - deyə V.Behbudov əlavə edib.
Aytac Aslan
















