• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Parlamentin “Böyük Qayıdış”la bağlı sənəd qəbul etməsi təklif olunur

CƏMİYYƏT

27 Dekabr 2022 | 11:18 | Müəllif: Qalib İbrahimoğlu

Parlamentin “Böyük Qayıdış”la bağlı sənəd qəbul etməsi təklif olunur

“Təklif edirəm ki, Milli Məclis “Böyük Qayıdış”la bağlı sənəd qəbul etsin. Bu sənəd Böyük Qayıdış konsepsiyasının tərkib hissəsi olsun”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.

Deputat qeyd edib ki, dekabrın 24-də Qərbi Azərbaycan icmasının bir sıra ziyalısı ilə Prezident İlham Əliyevin görüşü baş tutub: "Prezdient görüşdə Qərbi Azərbaycanın tarixi torpaqlarımız olduğunu vurğuladı. Ermənistan qondarma dövləti zaman-zaman ərazilərimizi işğal edib. Artıq çox şey dəyişib. 44 günlük Vətən müharibəmizdə nəinki torpaqlarımız işğaldan azad edildi, həmçinin Ermənistanın çöküşünə şərait yarandı. Biz həmin torpaqlara qayıdacağıq və əbədi olaraq orda yaşayacağıq”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026