• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bakıda faciə: yaşayış binasında lift qırıldı - 10 nəfər..

HADİSƏ

14 Iyun 2024 | 00:11 | Müəllif: Subhan Mahmudov

Bakıda faciə: yaşayış binasında lift qırıldı - 10 nəfər..

Bakıda çoxmərtəbəli yaşayış binasında lift qırılıb, xəsarət alanlar var.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Xətai rayonu Xudu Məmmədov küçəsində baş verib. Liftin qırılması nəticəsində 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Xəsarət alanlar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Onlardan ikisi uşaqdır.

Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən hündürmərtəbəli binada liftin qırılması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112-i qaynar xəttinə məlumat daxil olub. Bu barədə  FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, dərhal hadisə yerinə nazirliyinin xilasediciləri cəlb olunub: "Nazirliyinin xilasediciləri hadisə yerinə çatanadək məlumatla xilasedicilərə ehtiyac olmadığı bildirilib".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026