• Bakı 18° C

    6.06 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Şəhid ailəsinin evinə basqın

HADİSƏ

13 Iyul 2024 | 12:10

Şəhid ailəsinin evinə basqın

Salyanın Sarvan kəndində şəhid Cavad İsmayılovun ailəsinin evindən oğurluq etmək istəyiblər.

Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gün gecə saatlarında baş verib.  Şəhid ailəsinin evini talamaq istəyən şəxs planlaşdırdığı cinayəti başa çatdıra bilməyib. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan saytımıza bildirilib ki, sözügedən evə qanunsuz olaraq daxil olmağa cəhd edilib. 

Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, 20 yaşlı İsmayılov Cavad Asif oğlu 2020-ci ilin dekabrında idarə etdiyi “KamAz” markalı yük maşınının minaya düşməsi nəticəsində şəhid olub.


Şəhid ailəsinin evinə basqın
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026