• Bakı 18° C

    7 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Bakıda evə BASQIN: Ailə üzvləri bıçaqlanıb, ev sahibi öldürülüb - YENİLƏNİB

HADİSƏ

29 Noyabr 2022 | 22:57

Bakıda evə BASQIN: Ailə üzvləri bıçaqlanıb, ev sahibi öldürülüb - YENİLƏNİB

Xəzər rayonunda yerləşən evlərdən birində ölən və xəsarət alanların olması ilə bağlı prokurorluğa məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin tutularaq istintaqa cəlb edilməsi ilə bağlı işlər aparılır.

***22:45

Buzovna qəsəbəsində evə basqın zamanı yaralanan şəxs dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, 1971-ci il təvəllüdlü Rahil Muradov həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.

Qeyd edək ki, yaralı ailə üzvləri bildirib ki, Buzovna qəsəbəsi, Naxçıvani küçəsi döngə 5 ev 4b ünvanındakı mənzilə naməlum şəxs və ya şəxslər quldurluq yolu ilə daxil olub. Onlar talama məqsədilə evə daxil olarkən ailə üzvlərini bıçaqlayıb, ev sahibini öldürüb.(apa)

***21:57

Bakıda bir ailənin 4 üzvü bıçaqlanıb.

Bakıvaxtı.az bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir.  Bildirilir ki, noyabrın 29-da saat 20 radələrində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində rayon sakinləri - 1939-cu il təvəllüdlü Elbrus Muradovun bıçaq xəsarətlərindən ölməsi, həyat yoldaşı, 1945-ci il təvəllüdlü Şahirə Muradovanın, oğlu 1971-cil il təvəllüdlü Rahil Muradovun və nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarovun xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.

Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb. 

Polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.


SON XƏBƏRLƏR

24 Aprel 2024