• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İki avtomobil toqquşdu - Xəsarət alanlar var

HADİSƏ

29 Dekabr 2022 | 17:18

İki avtomobil toqquşdu - Xəsarət alanlar var

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var.

Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün Şəki-Qax avtomobil yolunun 29-cu kilometrliyində baş verib.

Qax rayonu Almalı kənd sakini, 2003-cü il təvəllüdlü Şamo Şəfizadənin idarə etdiyi "Merceds-Benz" və "VAZ-2107" markalı minik avtomobillərinin toqquşması zamanı Qax rayon Lələpaşa kənd sakinləri - 1965-ci il təvəllüdlü Əzizxanova Məlahət Ziyəddin qızı, 1989-cu il təvəllüdlü Əzizxanov Elşən Sərvər oğlu, 2015-ci il təvəllüdlü Əzizxanlı Sərvər Elşən oğlu və rayonun Zəyəm kənd sakini 1990-cı il təvəllüdlü Cumalıyeva Nübar Saleh qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar təcili tibbi yardım avtomobili ilə Qax rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR