• Bakı 26° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.7918

    RUB - 0.0311

Bu yollarda hərəkət MƏHDUDLAŞDIRILACAQ

FORMULA 1

08 May 2022 | 16:28

Bu yollarda hərəkət MƏHDUDLAŞDIRILACAQ

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq çərçivəsində trasda aparılan təmir işləri ilə əlaqədar yolun Neftçilər prospektinin Azneft dairəsindən (Nefçilər prospekti və Niyazi küçələrinin kəsişməsi) "Abşeron Mariott" otelinədək (Neftçilər prospekti və Puşkin küçələrinin kəsişməsi) hissəsində hərəkət məhdudlaşdırılacaq.

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən Bakıvaxtı.az-a verilən məlumata görə, yolun sözügedən hissəsində yaranacaq sıxlığı nəzərə alaraq sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yolların bağlı olmadığını, yalnız hərəkət zolağının sıxlaşdırıldığını bəyan edib.

Əməliyyat Şirkəti sürücülərə anlayışlarına görə təşəkkür edib, hazırlıq işləri ilə bağlı yaranan müvəqqəti narahatlığa görə üzr istəyir.

Ramid İbrahimov


SON XƏBƏRLƏR

26 Iyun 2022