• Bakı 20° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Bakıda Formula 2 komandalarının əsas yarışlarının qalibi müəyyən olub - YENİLƏNİB

FORMULA 1

15 Sentyabr 2024 | 13:13

Bakıda Formula 2 komandalarının əsas yarışlarının qalibi müəyyən olub - YENİLƏNİB

Formula 1 Azərbaycan Qran Prisi 2024 çərçivəsində Formula 2 komandalarının əsas yarışlarının yarışlarının qalibi müəyyən olub.

Bakıvaxtı.az bildirir ki, ən yaxşı nəticəni "TRIDENT" komandasının pilotu Riçard Verskoor göstərib.

Qeyd edək ki, "Formula 1 Azərbaycan Qran Prisi"nə sentyabrın 13-də start verilib. Əsas yarış sentyabrın bu gün keçirilir.

Bu gün "Formula 1" yarışlarının qalibi də müəyyənləşəcək. Xatırladaq ki, "Formula 1 Azərbaycan Qran Prisi" 2017-ci ildən Bakıda keçirilir.

--------

11:39

Formula 1 Azərbaycan Qran Prisi 2024 çərçivəsində "Formula 2" komandalarının əsas yarışları başlayıb.

Bakıvaxtı.az bildirir ki,  yarışda 11 komanda iştirak edir. Yarış zamanı pilotlar 29 dövrə vurmalıdırlar.

Sentyabrın 13-də keçirilmiş birinci sərbəst yürüşdə "Van Amersfoort" komandasının braziliyalı pilotu Enzo Fittipaldi, sıralama turunda isə "Trident"də çıxış edən niderlandlı sürücü Rixard Versxor finişə hamıdan tez çatmışdı.

Ötən gün təşkil olunmuş sprint yarışında isə ən yaxşı nəticəni "PHM AIX Racing" komandasının paraqvaylı pilotu Yosua Dürksen göstərmişdi.

Bu gün, həmçinin saat 15:00-da Formula 1-də əsas yarış başlayacaq.

Xatırladaq ki, "Formula 1 Azərbaycan Qran Prisi" 2017-ci ildən Bakıda keçirilir


SON XƏBƏRLƏR