• Bakı 20° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

"Formula 1" pilotu Azərbaycan Qran-prisində cəzalandırılıb

FORMULA 1

15 Sentyabr 2024 | 09:41

Formula 1 pilotu Azərbaycan Qran-prisində cəzalandırılıb

"Alpin" pilotu Pyer Qasli Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində cəzalandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.

Qərarı Beynəlxalq Avtomobil Federasiyasının stüardları qəbul ediblər.

Bildirilib ki, sürücünün bolidi sıralama turunda icazə verilən yanacaq sərfiyyatını aşıb.

O, bu səbəbdən diskvalifikasiya olunub.

Qasli sıralama turunda 13-cü yeri tutsa da, əsas yarışa sonuncu-20-ci pillədə start verəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisinin əsas yarışı saat 15:00-da başlayacaq.


SON XƏBƏRLƏR