• Bakı 20° C

    3.57 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Bakıda hamilə qadın öldü - YENİLƏNİB

HADİSƏ

01 Dekabr 2022 | 17:15

Bakıda hamilə qadın öldü - YENİLƏNİB

TƏBİB 5 aylıq hamilənin ölümü ilə bağlı açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında 30.11.2022-ci il tarixdə saat 03:55-də çağırış daxil olub.

Briqada saat 04:11-də ünvana çatdıqda həkimə qədər ölümlə rastlaşıb. Buna baxmayaraq, ailənin təkidi ilə meyit təcili yardım avtomobili ilə tibb müəssisəsinə aparılıb.

Hüquq mühafizə orqanlarına məlumat verilib və meyit aidiyyəti üzrə təhvil verilib.

 

09:17

Bakıda hamilə qadın evdə ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, II Mədən, Korpus 71, ev 1 ünvanında qeydə alınıb.

Belə ki, noyabrın 30-da Sumqayıt şəhərində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, 2002-ci il təvəllüdlü Nazim Şükürov küçəsi, ev 3/8B ünvanında qeydiyyatda olan, 5 aylıq hamilə Nəzrin Həsənova yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, II Mədən, Korpus 71, ev 1 ünvanında hamiləlik qanaxması səbəbindən vəfat etib.

Bu barədə Binəqədi rayon prokurorluğuna daxil olmuş məlumat əsasında N.Həsənovanın meyiti daxili müayinə edilməsi üçün MTE va PA birliyinə göndərilib.

Hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.


SON XƏBƏRLƏR

23 Aprel 2024