• Bakı 24° C

    7.1 m/s

İki sexdə yanğın oldu

HADİSƏ

31 Dekabr 2022 | 10:33

İki sexdə yanğın oldu

Bakıda iki sexdə yanğın olub.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, paytaxtın Nərimanov rayonunda ümumi sahəsi 480 m² (hər birinin sahəsi 48 m²) olan 10 boksdan ibarət avtomobil təmiri sexinin 1 boksunun yanar konstruksiyaları, digər boksunun yanar konstruksiyaları 30 m² sahədə və içərisində təmirə dayanan “Chevrolet” markalı minik avtomobilinin yanar hissələri yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Daha bir anoloji hadisə Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 300 m² olan meyvə şirəsi istehsalı sexində qeydə alınıb. Belə ki, sexin ərazisində sahəsi 20 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikili və 10 m² sahədə məişət tullantıları yanıb. Sex yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026