• Bakı 23° C

    7.28 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Bakıda kanalizasiya suyu küçəyə axır - FOTOLAR

CƏMİYYƏT

01 Iyun 2023 | 11:17

Bakıda kanalizasiya suyu küçəyə axır - FOTOLAR

Bakıda kanalizasiya suyu yola axır.

Bakıvaxtı.az xəbər verir ki, söhbət Sabunçu rayonu, Sabunçu qəsəbəsi, şəhər şossesi, döngə 5 ünvanından gedir.

Ətrafda yaşayan sakinlər deyirlər ki, üfunətdən küçədən nə keçmək olur, nə də evdə oturmaq.

Qəza 311 nömrəli tam orta məktəbin yanında qeydə alınıb. Şagirdlər bu məktəbə getmək üçün kanalizasiya suyunun axdığı küçədən keçmək məcburyyətində qalıblar.

Məsələ ilə bağlı "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, kanalizasiya suyunun daşmasının səbəbi boruda olan tutulmadır. Qəza briqadası tərəfindən əraziyə baxış keçiriləcək və borunun  açılması üçün lazımı işlər görüləcək.

Ərazidəki mövcud vəziyyəti əks etdirən fotolar təqdim edirik:

Ramid İbrahimov


SON XƏBƏRLƏR

23 Aprel 2024