• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Mahir Əzimova 7 il həbs cəzası istənildi

CƏMİYYƏT

01 Iyul 2023 | 10:42

Mahir Əzimova 7 il həbs cəzası istənildi

Narkotik dövriyyəsində ittiham olunan Müsəlman Birliyi Hərəkatının üzvü Mahir Əzimovun cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror M.Əzimovun verilmiş ittihamla təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Qeyd edək ki, bir ay əvvəl Mahir Əzimovun 14 yaşlı oğlu Məhəmməd dənizdə boğulmuşdu. O, oğlunun dəfnində iştirak etmək üçün 3 günlük azadlığa buraxılmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026