• Bakı 22° C

    6.49 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Kursantlar düşərgə toplanışına cəlb olundu - VİDEO

CƏMİYYƏT

31 Iyul 2023 | 10:12

Kursantlar düşərgə toplanışına cəlb olundu - VİDEO

Heydər Əliyev adına Hərbi İnstitutun tədris planı və proqramına uyğun olaraq kursantlar çöl şəraitində keçirilən düşərgə toplanışına cəlb olunub.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Hərbi hissənin ərazisində keçirilən toplanışda kursantların müxtəlif mövzular üzrə intensiv hazırlığı həyata keçirilir.

Kursantlar günün nizam qaydalarına uyğun olaraq keçirilən məşğələlərdə nəzəri və praktiki vərdişlər qazanır, fiziki və sıra hazırlığı üzrə tədbirlərdə fəal iştirak edirlər.

Poliqonda keçirilən atış çalışmalarının yerinə yetirilməsi zamanı müxtəlif silahlardan istifadə vərdişləri təkmilləşdirilir, eləcə də “döyüş meydanında” hədəflərin aşkar edilərək atəşlə məhv edilməsi və digər tapşırıqlar praktiki yerinə yetirilir.

Bundan başqa, komando hazırlığı proqramı çərçivəsində dağ hazırlığı təlimlərində iştirak edən kursantlar döyüş vərdişlərini daha da təkmilləşdirirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026