• Bakı 21° C

    1.61 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Bakıda kürəkənini bıçaqlayan qayınata saxlanıldı - YENİLƏNİB

HADİSƏ

24 Sentyabr 2023 | 12:59

Bakıda kürəkənini bıçaqlayan qayınata saxlanıldı - YENİLƏNİB

Sentyabrın 23-də Suraxanı rayonunun Ramana qəsəbəsində Malik Həsənovun kəsilmiş-deşilmiş xəsarətlər alması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən M.Həsənovun qohumu Mahmud Qənbərov saxlanılıb.

İlkin məlumata görə, hadisə ailə-məişət münaqişəsi zəminində baş verib.

Hazırda Suraxanı RPİ-də təhqiqat araşdırması aparılır.

00:49

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Yeni Ramana qəsəbəsində qeydə alınıb.

1986-cı il təvəllüdlü Malik Hüseynov yaşadığı fərdi yaşayış evində qayınatası ilə dava edib. Dava zamanı qayınatası bıçaqla M.Hüseynova zərbə vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. O, sağ budun kəsilmiş-deşilmiş xəsarətləri ilə cərrahi əməliyyat edilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.


SON XƏBƏRLƏR

08 May 2025